Bu gün beyin xəstəlikləri olan Alsheimer və Parkinson, göz xəstəlikləri olan qlaukoma və makula degenerasiyası (sarı ləkə xəstəliyi) sinir toxumasının irəlilliyən (neyrodegenerativ) xəstəlikləri hesab olunur. Bu xəstəliklər arasındakı əlaqəyə dair araşdırmalara başlanıldı və çox əhəmiyyətli məlumatlar əldə edildi. Qlaukoma və makula degenerasyası diaqnozu və müalicəsi üçün istifadə olunan OKT indi Alsheymer və Parkinson xəstəliyində də istifadə olunur. OKT, gözlərin detallı müayinəsi (qlaukoma, makula və s.) zamanı diaqnostik nəticələr göstərir, Alsheymer-Parkinson xəstəliyi və mülayim şüursuzluq kimi halların çox spesifik əlamətlərini müəyyən edir. Sinir liflərinin dağılması Alsheymer və Parkinson xəstəliklərinin erkən diaqnozunda əhəmiyyətli bir xüsusiyyətdir. Yaddaşın, hərəkətin və s. pozulması, sinir liflərinin periferik hissədə nazikləşməsi kimi beyindəki dəyişikliklər, bədənin müxtəlif yerlərində əlamətlər başlamazdan əvvəl OKT istifadəsi ilə aşkar edilə bilər ki, bu da erkən diaqnoz və müalicəni mümkün edəcək. Xüsusi şikayətləri olan və ya ailə anamnezində Alsheymer və Parkinson xəstəliyi olan insanlarda, torlu qişanın və optik sinir liflərinin OKT müayinəsi xəstəliyin erkən diaqnozunda mühüm rol oynayır.
Torlu qişanın müayinələri (FAF və ORT) ilə diaqnoz və müalicənin mütəmadi təqibi müvəffəqiyyət üçün vacibdir. Torlu qişanın müayinəsi ilə erkən diaqnoz qoyula bilər. Erkən diaqnoz qoyulan xəstələr xəstəliyin inkişafının qarşısını almaq üçün müalicə alırlar. Ailəsində Alsheymer və Parkinson xəstəliyi olanlar genetik faktorlar səbəbilə 50 yaşından sonra mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al