İndi Axtar 012 404 44 69 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

NEYRO-OFTALMOLOGİYA

Neyro-Oftalmologiya Haqqında

İnsanın varlığından bəri davam edən baş ağrısı, ən çox görülən tibbi şikayətdir və əhalinin 80% -dən çoxuna təsir edir. Baş ağrısının səbəblərindən biri də gözlə bağlı problemlərdir. Baş ağrısından şikayət edən xəstələr adətən başqa  həkim tərəfindən oftalmoloqa göndərilirlər.  Neyro-oftalmologiya, göz xəstəliklərindən yaranan baş ağrılarını müalicə edən və göz və sinir sisteminin ümumi xəstəlikləri ilə məşğul olan bir elm sahəsidir.

Bir obyektin görüntüsü əvvəlcə göz ilə, sonra beynin arxasındakı görmə mərkəzində gəbul olunduqda mümkün olur. Görmə yollarda problem olduqda ani və ya irəliləyən görmə itkisi baş verə bilər. Göz hərəkətləri ilə əlaqəli xəstəliklərdə əsas simptom cüt görmədir və problem göz əzələlərini, sinirləri və ya beyindəki nəzarət mərkəzlərini əhatə edə bilər. Müvəqqəti görmə itkisi və ya cüt görmə, halüsinasiyalar, göz qapaqlarının sallanması və bəbək ölçüsündə fərq kimi şikayətləri olan xəstələr də neyro-oftalmologiya sahəsinə yönləndirilir. Baş göz ağrısının düzgün diaqnozu üçün xəstənin anamnezi çox önəmlidir. Bu müalicədə müvəffəqiyyət həkim-xəstə əlaqəsi və davamlı nəzarət ilə mümkündür.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al