Şəkərli diabetlə bağlı korluğun ən geniş yayılmış səbəbi "Diabetik retinopatiya"dır.
Diabet insulinin sekresiyasının və ya təsirinin azalması səbəbindən qan şəkərinin səviyyəsinin artması ilə ortaya çıxan bir metabolik xəstəlikdir.
Diabet gözün sinir qatına (torlu qişaya) və bu təbəqənin kapilyarlarına təsir göstərir, onların fəaliyyətini pozur və görmə itkisinə səbəb olur. Diabetin səbəb olduğu torlu qişanın xəstəliklərinə diabetik retinopatiya deyilir.
Diaqnozu erkən yaşda qoyulan şəkərli diabet xəstələri otuz yaşdan sonra mütləq göz müayinəsindən keçməlidirlər. Şəkərli diabet xəstələrində toru qişa normal olarsa, müayinə ildə bir dəfə aparılmalıdır. Retinopatiya meydana gəldiyi zaman müşahidə müddəti 3-4 aya qədər azaldıla bilər.
Diabetik retinopatiyanın inkişafına təsir göstərən risk faktorlarından biri də diabetin müddətidir. Retinopatiya halları, xüsusilə diabet diaqnozu qoyulduqdan 10 il sonra artmaqdadır. 1 tip və ya insulin asılı gənc diabet xəstələrində cinsi yetkinlikdən sonra retinopatiyanın tezliyi yaşla əlagəli olaraq artır.
Qanda şəkərin nəzarəti önəmli bir faktordur. Qanda şəkərin səviyyəsinin nizamsızlığının müşahidə edilməsi, qanda şəkərin səviyyəsinin qəfil artması və enməsi tor qişanın vəziyyətinin pisləşməsinə və xəstəliyin irəliləməsinə imkan yaradır. Hamiləlik, hipertoniya, qanda yağların artması (hiperlipidemiya), böyrək xəstəliyi retinopatiyanı ağırlaşdıran digər amillərdir.
Diabet, torlu qişada kapilyarların quruluşunu pozaraq hüceyrə itkisinə səbəb olur, damar keçiriciliyinin pozulmasına, sarı ləkə bölgəsində maye və yağlı maddələrin yığılmasına və kapilyarların tıxanması səbəbindən qidalanması pozulan sahələrin meydana gəlməsinə səbəb olur. Torlu qişada qanaya bilən yeni damarlar əmələ gəlir. Torlu qişanın önündə və içərisində meydana gələn qanaxmalar gözün arxa boşluğuna sıza bilər. Torlu qişada damarlı zarlar əmələ gəlir, nəticədə ağır görmə itkisi və ağrılı göz təzyiqi yüksəlməsi olur.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al