İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

TORLU QİŞA

Makula Degenerasiyası (Sarı Ləkə)

Sarı ləkə (makula degenerasiyası) xəstəliyi  mərkəzi görmə üçün məsuliyyət daşıyan torlu qişa xəstəliyidir. Bu, 55 ildən sonra olduqca tez-tez baş verir və inkişaf etdikdə görmə itkisinə səbəb ola bilər.

Sarı Ləkə Xəstəliyi Kimlərdə Rast Qəlinir?

  • 55 yaşdan yuxarı şəxslər
  • İrsi risk daşıyanlar
  • Sigaret cəkənlər

Risk Faktorları

Yaşla bağlı olan sarı ləkə xəstəliyin əsas risk amilləri insanın yaşı və onun irsi xüsusiyyətləridir. Digər risk faktorları hipertoniya, siqaret, qidalanma, yüksək lipid və xolesterol səviyyəsi, günəş işığına uzun müddət məruz qalma və piylənmə.

Xəstəliyin Əlamətləri

  • Görmə itkisi
  • Obyektlərin, xətlərin əyri və ya qırıq görmək
  • Göz önündə qaralmalar
  • Görmə keyfiyyətinin pisləşməsi
  • Rəng görmə pozğunluqları

Hipertoniya varsa, nəzarət olmalıdır. Əgər siqaret çəkirsinizsə, onu tərqizmək lazımdır. Günəş  filtrli eynəklər taxmaq lazımdır. Qidalanmada isə Aralıq dənizi pəhrizi tövsiyə edilir. Yağ, qırmızı ət və xolesterol tərkibli məhsullardan qaçmaq məsləhətdir.

Sarı Ləkə Xəstəliyinin Neçə Növü Var və Onun Nəticələri Nədir?

Sarı ləkə xəstəliyin iki növü var: quru və yaş. Quru növ 90%, yaş növü isə 10% təşkil edir. Lakin yaş növü görmə itkisinə gətirib çıxardığına görə, erkən aşkarlanma daha vacibdir. Quru növdən daha sürətli axan xəstəlik ani görmə itkisinə, rəng görməsinin və kontrastlı həssaslığın pisləşməsinə, həmçinin  zamanla tor qişanın və sarı ləkənin yeni damarlarında qanama səbəbindən korluğa gətirib çıxarır.

Sarı Ləkə Xəstəliyinin Müalicəsi Necə Aparılır?

Makula xəstəliklərinin həm quru, həm də yaş növlərinin müvəffəqiyyətli müalicəsində ən əhəmiyyətli faktor damcı istifadə edərək həkim tərəfindən xəstənin ətraflı müayinəsindən sonra düzgün müalicənin təyin edilməsidir.

Nəm növdə erkən diaqnoz böyük əhəmiyyət kəsb edir, çünki sonrakı mərhələlərdə görmə itkisinə səbəb ola bilər. Quru növdə antioksidanlar, A, C, E vitaminləri, lutein və sink kimi profilaktik vasitələrdən istifadə olunur; yaş növdə isə gözdaxili iynə müalicəsi və fotodinamik terapiya istifadə olunur. Makula degenerasyasının bəzi mərhələlərində (irəliləmiş quru  və müalicə olunmuş yaş növ) gözdaxili linza müalicəsi istifadə olunur, buna ümumiyyətlə sarı ləkə linzaları və ya makrovizion deyilir.

Göz daxilinə iynə tətbiqi müalicəsi; Damcı anesteziyası ilə  edilir. Bu prosedur zamanı xəstə heç bir ağrı hiss etmir.

Fotodinamik müalicədə; ilk öncə damara xüsusi tərkibli bir dərman vurulduqdan sonra aşağı intensivli lazer tətbiq edilir.

Gözdaxili linza tətbiqi; Linza (sarı ləkə linzası və ya makrovizion) görüntünü böyüdərək teleskopik effekt yaradır və görüntünün fokusunu xəstə sarı ləkənin xaricinə yönəldir.

Damcılı göz dibi müayinəsi nədir?

Gözün ön hissəsi olan buynuz qişanın bir pəncərə kimi xidmət etməsi səbəbindən xəstə xüsusi damcılar tətbiqindən sonra yarım saat gözləyir. Bəbək, damcılar sayəsində kifayət qədər genişlənəndə, həkim bütün torlu qişanı ətraflı müayinə edə bilər. Torlu qişanın degenerasiyasının, yəni makula xəstəliyin diaqnozu yalnız göz damcıların istifadəsi zamanı  qoyulur. Göz dibinin müayinəsi torlu qişada problemin olub olmadığını, hansı mərhələdə olduğunu göstərir və erkən müdaxilə vasitəsi ilə görmə itkisinin qarşısını almaq şansı verir.

Erkən diaqnoz zamanı uğurlu müalicə üçün ildə bir dəfə (ətraflı) göz müayinəsi vacibdir.

Sarı Ləkə Xəstəliyində Amsler Grid Testi

Bu test adi görmə müayinəsinin ekvivalenti deyil. Bu testi özünüz tətbiq edərək, sarı ləkə degenerasiyasının erkən əlamətlərini aşkar edə bilərsiniz. Ekspertlər bu testi 40 yaşdan yuxarı olan bütün şəxslərə  tətbiq etməyi məsləhət görürlər.

Amsler Grid Testinin Tətbiq Metodu

  • Normalda oxumaq üçün istifadə etdiyiniz eynək və ya kontakt linzalarınız varsa, taxın.
  • Yuxarıda adı çəkilən diaqramı yaxşı işıqlı bir otaqda, üzünüzdən təxminən 30-40 sm aralıda saxlayın.
  • Bir gözünüzü əlinizlə örtün və açıq gözünüzlə orta nöqtəyə diqqət edin. Diaqramda böyük kvadratın bütün 4 küncünü görə biləcəyinizə diqqət yetirin.
  • Eyni şəkildə digər gözünüzü də yoxlayın.
  • Xətlərdə dalğalanma, qırılma, bulanıqlıq görürsünüzsə və ya kənarları görə bilmirsinizsə, bu makula degenerasiyası əlaməti ola bilər.

Bu halda ən qısa müddətdə torlu qişa xəstəlikləri  mütəxəssisi olan bir oftalmoloqa müraciət etmək lazımdır.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al