Dərin göz müayinəsi ən azı 30 dəqiqə çəkir. Müayinə zamanı göz damcılarından istifadə edərək göz dibinə baxılmalıdır.
1. Görmə itiliyi testi
Detallı göz müayinəsinin ilkin mərhələsində görmə itiliyi oxuma qabiliyyəti olan insanlarda hərflərin oxunması, oxuma qabiliyyəti olmayan insanlarda isə şəkillərin incə detallarının görülüb görülmədiyi foropter ilə müəyyən edilir.
Böyükdən kiçiyə doğru gedən hərf və rəqəmlərdən istifadə olunan bu testdə, yaxın və uzaq görmə problemlərini aşkar etməyə yardım edir.
2. Eynək müayinəsi
Gözlərdə miopiya, hipermetropiya və astiqmatizm kimi qüsurların olması yoxlanılır. Ölçmələr eynək lazım olub olmadığını müəyyən etmək üçün refraktometrin köməyi ilə həyata keçirilir.
Bundan əlavə, avtomatik cihazın köməyi ilə bu göstəricilərə malik şüşələr pasiyentdə subyektiv olaraq ən yaxşı görmə qabiliyyətini müəyyən etmək üçün istifadə olunur.
3. Göz qapaqların müayinəsi
Göz qapaqlarının, gözyaşı vəzilərinin, gözyaşı kanallarının və göz ətrafı sahələrin vəziyyəti araşdırılır.
4. Göz əzələlərinin müayinəsi
Göz bəbəyinin hərəkətlərini təmin edən gözdaxili əzələlərin, həmçinin gözlərin paralel yerləşməsini təmin edən xarici əzələlərin funksiyaları yoxlanılır.Çəplik və cüt görmə şikayətləri olan xəstələr üçün bu xüsusilə əhəmiyyətlidir.
Sürətlə və ya yavaş-yavaş hərəkət edən obyektlərin izlənilməsi prinsipinə əsaslanan bu testin tətbiqi zamanı aşkar edilən problemlər oxu qabiliyyətinin və digər motor bacarıqların müəyyən edilməsi üçün də istifadə olunur və həmçinin nevroloji xəstəliklər zamanı bu test əsas metodlardan biri hesab olunur.
5. Göz təzyiqin ölçülməsi
Göz təzyiqin (qlaukoma) ölçülməsi zamanı gözdaxili təzyiq göstəriciləri müəyyən edilir. Kontaktsız tonometrdən istifadə edərək, hər hansı bir ağrı hissi olmadan gözlərə hava axını verilir.
Gözün havaya müqaviməti gözdaxili təzyiqi müəyyən etməyə kömək edir. Göz təzyiqiniz normal səviyyədən yüksəkdirsə, qlaukoma mövcudluğu riski artır. Qlaukomanın aşkarlanması üçün bu əsas müayinə metodunda normadan kənara çıxma aşkar olunduqda, görmə sinirinin müayinəsi, buynuz qişanın qalınlığı və görmə sahələrinin müəyyən edilməsi aparılır.
6. Biomikroskopik müayinə
Birçox fərqlı cihazın kombinasiyası olan yarıq lampası ilə gözün buynuz qişasına, qüzehli qişasına, büllura və torlu qişaya detallı bir şəkildə baxılır, göz ilə bağlı bütün xəstəliklərin simptomları araşdırılır.
7. Göz dibi müayinəsi
Gözlərə göz bəbəyini genişləndirən damci tətbiq edilir. Beləliklə, gözdaxili strukturlar, büllur və torlu qişa daha ətraflı şəkildə müayinə oluna bilər. Bu üsul ilə gözün daxili strukturlarını öyrənmək üçün 20-30 dəqiqə vaxt tələb olunur ki, gözə damlanan damcıların effekti başlasın. Uşaqlarda göz bəbəyini genişlədərək gizli görmə qüsurları aşkar etmək olur.
Damcıların istifadəsi və bəbəyin genişlənməsi ilə aparılan bu müayinənin köməyi ilə torlu qişanın qopmasının, qlaukomanın, hipertoniyanın, baş beynin şişlərinin və orqanizmin müxtəlif xəstəliklərinin simptomlarını aşkar etmək olar.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al