İndi Axtar 012 404 44 69 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

ÜMUMİ GÖZ MÜAYİNƏSİ

Tez-Tez Verilən Suallar

- Uşaqlarda ilkin  göz müayinəsini nə vaxt keçirmək lazımdır?

Əgər sizin uşaqda hər hansı şikayət yoxdursa belə, onu 1 yaşında müayinədən keçirin. Çünki bu müayinə tənbəl göz sindromundan uşağı qoruyacaq.

- Kompyuter qarşısında uzun müddət qalmaq gözləri korlayacaq?

Uzun saat kompyuter oyunları oynayan və kompyuter arxasında uzun müddət calışan insanlar, allergiya, quruluq, kirpik diblərinin iltihabı ilə rastlaşa bilər. Bu, uzaq görmə qüsurlarının əmələ gəlməsinə səbəb ola bilər. Mütəmadı istirahət və göz qırpmaq lazımdır.

- Göz xəstəliklərinin əsas simptomları hansılardır?

Gözdə yaşarma, qaşınma, ağrı, oxumaqda çətinlik, yazıların bir birinə qarışıqlıgı, göz və baş ağrıları, başı əyri tutaraq oxumaq, gözu qıyaraq baxmaq və fokuslaşma problemləri göz xəstəliklərin simptomlarıdır.

- İş mühitində işığı necə istifadə etməli?

İş mühitində yumşaq sarı işıqlandırmadan  istifadə edin. Gözlərinizin istirahət etməsi üçün qaranlıq bir mühitdə yatın.

- Göz xəstəliyi kosmetika ilə ötürülür?

Kosmetika vasitələrinizi bölüşməyin. Göz iltihabı kimi tanınan konyunktivit göz kölgəsi, göz layneri və kirpik tuşu kimi vaistələrlə digər insanların kosmetikasından ötürülə bilər.

- Rəngli gözlər günəşə daha həssasdır?

Xüsusilə rəngli gözləri olan insanlar günəş işığına daha həssas olurlar. Rəngli gözləri olan insanlarda tünd gözlülərə nisbətən qızartı daha tez-tez müşahidə edilir. Buna görə də, rəngli gözləri olan insanlar günəş eynəklərdən istifadə etməkləri vacibdir.

- Günəşə və günəş şüalarına baxmaq gözə zərər verir?

Günəş işığının çox güclü təsiri zamanla büllurun bulanmasına, kataraktaya və görmə həssaslığına gətirib çıxarır. Buna görə günəş eynəklərdən istifadə olunmalıdır.

- Gözə dəyən zərbə və ya gözə yad cismin düşməsi zamanı  nə etməli?

Gözünüzə qəfil zərbə və ya yad cismin düşməsi zamanı gözlərinizi ovmayın. Bu halda gözünüzü fizioloji məhlulla,  əgər yoxdursa bol su ilə yuyun və oftalmoloqa müraciət edin.

- Xəstəlik göz yaşları ilə ötürülür?

Başqalarının göz yaşlarını silməyin. Bu şəxsin gözlərində qızartı, həddindən artıq yaşarma və göz qapaqların şişkinliyi varsa, bu yoluxucu ola bilər. Təmas etdiyiniz zaman, əllərinizi sabunla yuyun.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al