İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

BUYNUZ QİŞA XƏSTƏLİKLƏRİ

Buynuz Qişa Xəstəlikləri Haqqında

Buynuz Qişa Xəstəlikləri Haqqında

Buynuz qişa, gözün ön hissəsində yerləşən, işığın fokuslaşmasında, gözü xarici faktorlardan qorumasında və eyni zamanda görmə funksiyasında əhəmiyyətli rolu olan şəffaf təbəqədir.

Buynuz Qişa Müayinə Üsulları

Oftalmoloq olmayan şəxs, yerli işıq və pambıq çubuqla buynuz qişa şəffaflığını, səth parlaqlığını, buynuz qişa zədələrini və  həssaslığını qiymətləndirə bilər. Oftalmoloqlar buynuz qişa morfologiyasını və funksiyasını qiymətləndirmək üçün müəyyən cihazlardan istifadə edirlər; 

  • Biomikroskopiya: buynuz qişanın və ön seqmentin digər strukturlarının binokulyar müayinəsi üçün faydalıdır. Müxtəlif qalınlıqdakı işıq şüaları fərqli bucaqlarda yayılır ki, bu da biomikroskopun buynuz qişanı böyütməsinə və araşdırmasına imkan verir. Bu ən çox istifadə olunan yoxlama üsuludur.
  • Keratometriya: Buynuz qişanın sındırma qüsürü ölçülməsidir. Kontakt linza və gözdaxili linza implantasiyasından əvvəl istifadə olunur.
  • Topoqrafiya: Buynuz qişanın ön səthinin topoqrafik analizində istifadə olunur.
  • Paximetriya: Buynuz qişa qalınlığının ölçülməsidir.
  • Endotelial mikroskopiya: Endotel hüceyrə sayını və quruluşunu göstərir.
  • Esteziometriya: Buynuz qişa həssaslığının qiymətləndirilməsi üçün faydalıdır.
  • Buynuz qişanın boyanaraq ilə müayinəsi: Buynuz qişa səthindəki qüsurları "floresein və bengal cəhrayi" məhlulu ilə görmək olar.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al