Buynuz qişa infeksiyalarının ən çox yayılmış səbəbləri kontakt linzalardan istifadə, herpes virusunun səbəb olduğu herpes keratiti və bitki zədələrdən sonra yaranan göbələk keratitidir. Kontakt linzalardan istifadə zamanı meydana gələn göz qızartısı infeksiyanın ilk əlaməti ola bilər. Həkim tərəfindən əksi təsdiq edilmədiyi təqdirdə, linzaların istifadəsi dayandırılmalıdır. Kontakt linzalardan istifadə edənlərdə, bir çox bakterial və parazitar infeksiyalara, görmə qabiliyyətinin daimi şəkildə pozulmasına və ya hətta göz itkisinə səbəb ola biləcək dərəcədə şiddətli buynuz qişa xoralarına səbəb ola bilər.
İnkişaf etmiş ölkələrdə yaşayan insanlarda buynuz qişa infeksiyalarının və onlarla əlagəli buynuz qişa bulanmasının ən çox yayılmış səbəbi herpetik keratitdir. Göbələk keratiti, kənd yerlərində yaşayanlarda və fəhlələrdə bitki zədələri səbəbindən tez -tez rast gəlinir.
Buynuz qişa infeksiyaları görmə itkisi təhlükəsini yaradan ciddi xəstəliklərdir. Daimi görmə itkisinin qarşısını almaq üçün erkən diaqnoz və düzgün müalicə böyük əhəmiyyət kəsb edir.
Ən çox rast gəlinən səbəb buynuz qişa infeksiyalarından sonra əmələ gələn yaralardır. Buynuz qişanın genetik distrofiyalarının əsas səbəblərindən biri, buynuz qişa toxumasında maddələrin yığılması nəticəsində ortaya çıxan ləkələrdir. Çox vaxt bu, qohum evliliklər nəticəsində baş verir. Daimi görmə itkisi varsa, tək müalicəsi buynuz qişanın transplantasiyasıdır.
Buynuz qişa toxumasının şəffaflığı, onun daxili səthində yerləşən və nasos kimi fəaliyyət göstərən endotel hüceyrələri tərəfindən təmin edilir. Bu hüceyrələrin sayının müəyyən bir dəyərdən aşağı olması buynuz qişa bulanmasına və buynuz qişanın ödeminə səbəb olur. Bu səbəblərdən biri də katarakta əməliyyatlarıdır. Xüsusilə kifayət qədər cərrahi vaxtın təmin edilmədiyi şəraitdə katarakta əməliyyatlarının aparılması buna yol açır. Nadir hallarda, uşaqlarda və böyüklərdə irsi endotel hüceyrə çatışmazlığı səbəbiylə daimi buynuz qişa ödemi inkişaf edə bilər. Onun müalicəsi buynuz qişanın transplantasiyası ilə mümkündür. Keçmişdə belə gözlərdə bütün buynuz qişa toxuması dəyişdirilirdi. Bu gün yalnız xəstə toxumasının dəyişdirilməsi, yani tikişsiz olaraq buynuz qişa endotelin transplantasiyası aparılır.
Buynuz qişa iltihabına keratit deyilir. Onun bir neçə növü və inkişaf səbəbi var. Xəstəliyin erkən diaqnozu müalicə üçün çox vacibdir.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al