İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

BUYNUZ QİŞA XƏSTƏLİKLƏRİ

Quru Göz Sindromu (Göz quruluğu)

Göz Quruluğu Nədir?

Quru göz sindromu (Göz quruluğu), gözün ön hissəsini qoruyan və nəm saxlayan gözyaşı qatının azalması və ya qeyri-bərabər olmasıdır. Bu təbəqə gözlərimizi toz, külək və bəzi mikroorqanizmlər kimi xarici faktorlardan qoruyur. Gözümüzün önündə bir şüşə təbəqə kimi olan buynuz qişamız çox incə bir toxumaya malikdir. Bu təbəqənin sağlam və hamar olması önəmlidir.

Göz Quruluğu Əlamətləri  Hansılardır?

Göz quruluğu olan xəstələri ən çox narahat edən şikayətlər;

• Yanma və batma hissi
• Qızartı
• Həddindən artıq yaşarma, yorğunluq hissi
• Kontakt linza istifadə etmə zamanı narahatlıq hissi

Əlavə olaraq göz ağrısı, qaşınma və qızartı kimi şikayətlər rast gəlinə bilər. Xəstələrdə quru göz sindromu yaranarsa, əvvəlki fəaliyyətlərində çətinlik çəkə bilərlər. Məsələn, kompyuter qarşısında əvvəlki kimi rahat olmadıqlarından və ya gözlərin tez yorulduğundan şikayətlənirlər. 

Göz Quruluğun Səbəbləri Hansılardır?

Göz quruluğunun səbəbi həm ətrafdakı faktorlar, həm də xəstə ilə əlaqəli faktorlar ola bilər. Göz quruluğuna  kompyuter kimi monitorların qarşısında uzun saat qalması və ya kontakt linzaların düzgün istifadə edilməməsi səbəb ola bilər.

Bundan başqa, bəzi revmatik xəstəliklər göz quruluğuna səbəb ola bilər. Xəstənin bəzi xəstəliklər səbəbindən istifadə etdiyi dərmanlar da göz quruluğuna səbəb ola bilər.

Hormonal xəstəliklər üçün istifadə edilən hormonal dərmanlar, xüsusən də qadınlarda menopauza sonrası dövrlərdə, istifadə olunan anti işemik dərmanlar və son illərdə geniş istifadə edilən antidepressantlar  göz quruluğunun ən çox yayılmış səbəblərindəndir.

Ətraf mühit amillərinə aid edilə bilən səbəblər, çalışdığınız mühitin kifayət qədər nəmlənməməsi və ya çox parlaq və işıqlı işıqlandırma altında çalışmağınızdır. 

Qöz Quruluğun Müalicə Üsulları Hansılardır?

Göz quruluğunda ən çox tətbiq olunan müalicə üsulu süni gözyaşı damcıları və gelləridir. Xəstənin həkim tərəfindən qiymətləndirilməsi nəticəsində ən uyğun süni gözyaşı preparatı seçilir. Bundan əlavə, xəstənin həyat tərzinə  uyğun olan tədbirlər görülməlidir.

Çox vaxt quru bir mühitdə olan  xəstə ətraf mühitini nəmləndirərək quru gözlə bağlı şikayətlərini azalda bilər. Kontakt linzaların istifadəsinə diqqət etməyən, linzalarla yuxuya gedən və ya  linzaları istifadə müddətindən artıq taxan xəstə bu məqamlara xüsusi diqqət yetirərək quru göz şikayətlərini azalda bilər. Əlavə olaraq gözyaşı ifrazını artıra bilən müəyyən vitaminlər tövsiyə edilə bilər.

Dünyagöz Xəstəxanalar Qrupu olaraq, Amerika Sağlamlıq Təşkilatı (FDA) tərəfindən təsdiqlənmiş LipiFlow müalicəsini tətbiq etdik. Bu yeni LipiFlow müalicəsi gözə heç bir zərər vermədən göz qapaqlarına taxılan çox kiçik bir cihazdır. Bu cihaz vasitəsi ilə göz qapaqları müəyyən vaxt aralığı ilə sıxılır və 41,5 dərəcəyə qədər qızdırılır.

Bədənə və ya gözə heç bir yan təsiri olmayan bu müalicədə, qapaqlar müntəzəm olaraq sıxılaraq, həm də qızdırılır, vəzi kanallarında olan tıxanma aradan qaldırılır və vəzi aktivləşir. İnaktiv, yani aktivliyini itirmiş vəzilərin müalicəsində istifadə olunan  LipiFlow-un xəstələr üçün heç bir yan təsiri yoxdur. Bu müalicəni həyata keçirərkən iki məqsəd vacibdir.

Birinci: əksik olan gözyaşını xaricdən əlavə etmək, bunun da ən  sadə yolu süni gözyaşları  damcilarından istifadə etməkdir.

İkinci: Xəstədə inaktivləşmiş, yani aktivliyini itirmiş göz yaşı vəzilərinin işləməsini və öz göz yaşlarının ifrazını təmin etməkdir.

Gözyaşlarını örtən yağ təbəqəsi adlanan təbəqə göz yaşlarının gözdə daha uzun müddət qalmasını, buynuz qişanı qorumasını və sağlam olmasını təmin edir. Bu təbəqəni aktivləşdirmək üçün LipiFlow müalicəsi ilə vəzilərin daha yaxşı işləməsini hədəfləyirik.

LipiFlow müalicəsinin xəstələrdə təxminən bir il 18 ay ərzində kifayət qədər aktivləşdirmə təmin etdiyi müşahidə edilmişdir. Bu aktivləşməni təmin etdikdən sonra, vəzilərin işləməsinə və müalicə protokolları ilə yenidən aktivləşməsinə imkan verən müvəffəqiyyətli və etibarlı bir müalicə üsuludur. 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al