İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

BUYNUZ QİŞA XƏSTƏLİKLƏRİ

Konyunktiva

Konyunktivitlər

Konyunktiva göz qapaqlarının iç tərəfini və gözlərin ağ hissəsini (sklera) örtən nazik, şəffaf bir membrandır. Bu nazik və şəffaf membranın iltihabına "konyunktivit" deyilir. Konyunktivit qan damarlarını daha aydın və nəzərəçarpan edir, gözlərin qırmızı görünməsinə səbəb olur. Bir və ya hər iki gözdə meydana gələ bilər.

Konyunktivitin Əlamətləri Hansılardır?

  • Yaşarmanın artması
  • Gözdə ağrı
  • Gözdə qaşınma
  • Həddindən artıq ifrazat
  • Səhərlər kipriklərdə qabıqlanma

Konyunktivitin Səbəbləri Nədir?

  • İnfeksiyalar (virus və bakteriya)
  • Allergiyalar
  • Ətraf Mühit faktorları

Konyunktivitin Müalicəsi

Drenajı yaxşılaşdırmaq və ya narahatlığı minimuma endirmək üçün oftalmoloq tərəfindən təyin olunan göz damciların istifadəsi tövsiyə edilə bilər. Müalicənin  uğuru üçün vaxtında və düzgün antibiotikin təyin olunması vacibdir. Bakterial və ya virus infeksiyalı konyunktivit gözlərin axması zamanı çox yoluxucu olur.

Konyunktiva Şişləri

Xəstəlik hər 2500 insandan 1-də rast gəlinir. Xoşxassəli şişlər bədxassəli şişlərə nisbətən üç dəfə çoxdur. Buynuz qişa  və konyunktiva şişlərin birlikdə qiymətləndirilməsinin səbəbi, bu növ şişlərin tez -tez hər iki toxumaya birlikdə təsir etməsidir. Bir çox şiş göz qapağının kənarına yaxın olması səbəbindən göz qapağına yayıla bilər.

Törəmələr;

  • Papilloma: Saplı və ya sapsız növlərə ayrılan, insan papilloma (ziyil) virusu səbəbiylə inkişaf edən çox hissəli törəmələrdir.
  • Konyunktival hüceyrədaxili neoplaziya: gül kələmi, ağ disk və ya jelatin görünüşünə bənzəyən toxumadaxili karsinoma.
  • Buynuz qişa karsinoması: Buynuz qişa və konyunktivanın qovuşduğu limbdə ağ lövhəyə bənzər qabarıq törəmələrdir.
  • Melanositar nevus (xal), melanositoz və melanomalar: Fərqli lokalizasiyada rast gəlinir, açıqdan tünd qəhvəyi rəngə qədər ola bilər. Yaşla əlagədar rəngin tundləşməsi önəmli əlamətdir.
  • Lenfoid hiperplaziya və lenfoma.
  • Epibulbar dermoid və ya dermolipoma: Buynuz qişa və konyunktivanın qovuşduğu limbdə yerləşən ağ rəngli, günbəz formalı qabarıq törəmələr.Adətən alt yarıda rast gəlinir.

Müalicə adətən əməliyyatdər. Əməliyyatdan sonra təkrarlanmaların qarşısını almaq üçün, əməliyyat zamanı törəmə götürüldüyü yerə fərqli dərmanlar tətbiq etmək və əməliyyatdan sonra xüsusi damcılardan istifadə etmək lazım gələ bilər.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al