İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

LAZER VƏ GÖZDAXİLİ LİNZA

Astiqmatizm Nədir?

Ümumi Anlayış

Gözün ön qatı olan buynuz qişanın deformasiyası və işığın qeyri düzgün sındırılmasının nəticəsi olaraq, torlu qişada görüntünün qeyri aydın olmasına gətirib çıxaran görmə qüsurudur. Bu görmə qüsurlarına və ya bulanıq görməyə gətirib çıxarır.

Astiqmatizmin Səbəbləri Hansılardır?

Astiqmatizm genetik mənşəli və ya anadangəlmə səbəblərdən ola bilər. Anadangəlmə olmaqla  yanaşı buynuz qişanın dəyişikliyinə səbəb ola biləcək xəstəliklər, infeksiyalar və zədələr nəticəsində də əmələ gələ bilər. Astiqmatizmli insanlar baxdıqları nöqtədə şəkilləri dağılmış, kənarları uzanmış olaraq görə bilirlər.

Astiqmatizmin meydana gəlməsinin daha bir  səbəbi göz zərbəsi və ya göz əməliyyatı ola bilər.

Miopiya və miopiyalı astiqmatizmın əsas səbəblərindən biri keratokonus xəstəliyidir.

Astiqmatizmin Növləri Hansılardır?

Astiqmatizm miopiya kimi  zamanla əhəmiyyətli dərəcədə artma və ya azalma göstərmir. Adətən eyni şəkildə qalır. Astiqmatizm özü iki qrupa bölünür. Astiqmatizm  digər  işıq sındırma qüsurlarına  görə təsnif edilə bilər.

‌Miopiya astigmatizm (astigmatizm və uzağı aydın görə bilməmək problemi) və Hipermetropiya astigmatizm (astigmatizm və yaxını  aydın görə bilməmək problemi)

Sadə astiqmatizmdə təsvir iki xətlə bir-birinə perpendikulyar olan iki müxtəlif müstəvidə formalaşır, mürəkkəb astiqmatizmdə isə iki perpendikulyar meridianların yerinə bir çox fokus xətləri mövcuddur. Beləliklə, mürəkkəb astiqmatizmdə görmə itiliyi çox azalır. Eynəklə bunu  düzəltmək mümkün deyil.

Astiqmatizm Əlamətləri Hansılardır?

Astiqmatizmin əlamətləri hər kəsdə fərqlənsə də, astiqmatizmi olan insanların adətən uzaq və ya yaxın görmələri bulanıq və ya kölgəli ola bilər. Astiqmatizmi olan bəzi insanlarda əlamətlər olmaya bilər. Görmələri heçbir vaxt aydın olmur

Astiqmatizmi olan insanlarda tez-tez rast gəlinən əlamətlər;

  • Bulanıq görmə
  • Görmə pozulmaları
  • Gecə avtomobili idarə edərkən görmə çətinləşməsi
  • Uzun müddət oxuyandan və ya bir şeyə diqqətlə baxdıqdan sonra göz yorğunluğu
  • Göz qıyma
  • Göz qıcıqlanması
  • Baş ağrısı
  • Kölgəli görmə

Astiqmatizmin bu əlamətləri gündəlik həyatınızı çətinləşdirə bilər.

Bəzi əlamətlərin səbəbi digər sağlamlıq və ya görmə problemləri ola bilər. Əmin olmaq üçün oftalmoloqa müraciət etməyi unutmayın.

Astiqmatizm Müalicəsi Necə Aparılır?

Astiqmatizm ümumi göz müayinəsində aşkar edilə bilər. Astiqmatizm eynəklər, kontakt linzalar və ya Refraktiv cərrahiyyə (Lazer və ya Gözdaxili linza) ilə müalicə edilə bilər.

Astiqmatizmin bütün ağır halları üçün həkimlər refraktiv əməliyyatı tövsiyə edə bilərlər. Astiqmatizmin daimi korreksiyası üçün bu növ əməliyyatda buynuz qişanın yenidən formalaşdırılması üçün Lazerlər və ya kiçik bıçaqlar istifadə olunur. Astiqmatizmdə istifadə olunan üç cərrahiyyə növü - SMİLE,  "LASIK", "i-LASIK" və "FRK" prosedurlarıdır.

Lazer əməliyyatından sonra dioptriyanın sıfırlanmasına 100% zəmanət yoxdur, lakin astiqmatizm və miopiya zamanı lazer istifadə etdildikdə  100 nəfərdən təxminən 95 nəfər eynəksiz və ya kontakt linzasız aydın görə bilər.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al