İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

LAZER VƏ GÖZDAXİLİ LİNZA

Gözdaxili Linza ilə Müalicə

Eynəklərdən qurtulmaq istəyən, lakin lazer müalicəsinə uyğun olmayan xəstələr,  həkim tövsiyəsi ilə, ətraflı müayinədən sonra gözdaxili linza ilə əməliyyat oluna bilərlər. Bu texnikada gözə 3 mm-dən kiçik bir kəsik vasitəsilə daxil edilir, büllurun zarı  çıxarılır. Büllur ultrasəs dalğaları verən bir cihaz tərəfindən dağıdılır və sovrulur, onun yerinə yeni  bükülmüş bir linza yerləşdirilir. Bu üsul Clear (şeffaf) linza dəyişdirilməsi adlanır. Linza 3 millimetrlik kəsik vasitəsilə gözə yerləşdirildikdən sonra, bədənin temperaturu ilə normal bir forma əldə edir. Bu müalicə üsulu ilə gözün içərisindəki büllur götürülür və çox fokuslu linza ilə əvəz olunur. Bu linzalarda müxtəlif halqalar var. Bu halqaların bəziləri uzaq və bəziləri yaxın görmək üçün nəzərdə tutulub.

Bu müalicə üçün xəstə seçimi çox vacibdir. Diqqət etmək lazımdır ki, xəstə üçün yaxını və ya uzağı görmək daha vacibdir. Xəstə seçimində başqa bir əhəmiyyətli amil xəstənin göz bəbəyin ölçüsüdür. Müalicə  kataraktanın aradan qaldırılması üçün bir əməliyyat olduğundan, müvafiq hallarda xəstənin eyni seansda kataraktanı müalicə edə biləcəyi və gözün içərisinə yerləşdiriləcək linzanın köməyi ilə uzaq və yaxın görmə probleminin həllini tapması mümkündür.

İlk öncə, xəstənin gözü hərtərəfli göz müayinəsindən keçməlidir. Hər bir xəstənin gözü belə bir əməliyyat üçün uyğun olmaya bilər. Katarakta xəstələrinin peşəsi, yaşı, sosial fəaliyyəti, oxuma vərdişi və intellektual səviyyəsi də xəstə seçimində vacibdir. Düzgün xəstə seçimi, müvafiq texnika, əməliyyatın aparıldığı müəssisə və həkimin təcrübəsi və əlbəttə ki, linzaların düzgün seçilməsi bu əməliyyatlarda müalicənin müvəffəqiyyətini təmin edir.

Əməliyyatdan sonra görmə 1-2 gün ərzində normal səviyyəyə çatır. Bu metoddan istifadə edərək, hipermetropiya, miopiya və astiqmatizm şikayətlərini müalicə edə bilərsiniz.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al