İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

LAZER VƏ GÖZDAXİLİ LİNZA

FRK / LASEK

FRK

FRC (Fotorefraktiv Keratektomiya) - Lasik kimi sındırma defektini korreksiya edən müalicə üsuludur. Hal-hazırda ən geniş tətbiq olunan lasık texnikasından fərqli olaraq FRK üsulu ilə buynuz qişanın kəsilməsində nazik təbəqə (flap) yaranmır, lazer bilavasitə xarici səthdən başlayır. FRC əməliyyatı buynuz qişanın ən üstdəki epitel adlanan incə toxuması sıyrılaraq altdaki toxumaya Excimer Lazer tətbiq olunmasıdır. Əməliyyatın sonunda bir neçə gün ərzində buynuz qişa səthinin qorunması məqsədi ilə gözlərə şəffaf və dioptriyasız kontakt linzaları taxılır. Yaxşı görmə qabiliyyəti bərpa prosesi Lasık-dən daha çox vaxt tələb edir və 3-4 həftəyə qədər davam edə bilər. Əməliyyatdan 2-4 gün sonra ağrı və narahatçılıq ola bilər, bunun səbəbi epitel toxumasının bərpasının bu müddət ərzində başa çatmasıdır.

LASEK

Lasek zamanı gözün epitel toxuması  spirtin köməyi ilə aradan qaldırılır. Epitel lazer tətbiqindən sonra bərpa olunur. Bu iki səthi metodun təhlükəsiz nəticələr əldə etməsinə baxmayaraq, xəstələrdə 2 -3 gün ərzində yaşarma, yanma, batma hissləri müşahidə edilə bilər. Orta hesabla, 1 həftə-10 gün ərzində görmə aydın olur.

FRK və LASEK üsullarının xüsusiyyətləri

  • Gözün sındırma dərəcəsi az olan halda (3 dərəcəyə qədər miopiya və astiqmatizm ilə), buynuz qişanın qalınlığı Lasık üçün uyğun olmayan bəzi göz strukturları üçün tövsiyə olunur.  
  • Göz Lasik  üsulunda olduğu  kimi damcı ilə  keyidilir.
  • Əməliyyat zamanı xəstə ağrı hiss etmir.
  • Epitelin bərpası üçün və gözləri qorumaq məqsədiylə kontakt linzaları taxılır və əməliyyatdan 3-4 gün sonra həkim nəzarətindən çıxarılır.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al