Fakik gözdaxili linzalar refraksiya müalicəsində güclü alternativ secim olaraq bütün refraksiyalarda “hipermetropiya, hipermetropiyalı astigmatizm, miopiya ve miopiyalı astigmatizm“ işıq sındırma qüsurlarına tətbiq oluna bilən üsuldur. Lazer əməliyyatlarından fərqi ondan ibarətdir ki, prosedur geri dönüşlüdür və həmçinin yüksək miopiya və hipermetropiyası olan insanlara tətbiq oluna bilər. Dünyagöz Xəstəxanasında Fakik linza əməliyyatı müvafiq həkimlər tərəfindən gözün içərisində süni və dioptriyalı linzanın yerləşdirilməsi prinsipi əsasında həyata keçirilir.
Fakik Linza Müalicəsi İlə;
müalicə edilə bilər.
Fakik Linzalar kimə istifadə edilə bilər?
Fakik linza əməliyyatı 18 yaşdan yuxarı olub son iki ildə heç bir irəliləyişi olmayan, qlaukoma (göz təzyiqi), torlu qişa xəstəlikləri və kataraktası olmayan insanlarda tətbiq oluna bilər. Bu müalicənin insan gözlərinin strukturuna uyğun olub-olmaması barədə yekun qərar gözlərin ətraflı müayinəsi və buynuz qişa toxumasının xüsusi müayinəsi ilə müəyyən edilir.
Fakik Linza ilə Əməliyyat Texnikası
Fakik linza əməliyyatı bir göz üçün təxminən 5 dəqiqə çəkir və ümumi anesteziya altında olduğu üçün xəstə heçnə hiss etmir. Sarğıya ehtiyac yoxdur.
Göz daxilində yerləşdirilən linza şəffafdır və bütün proseslər göz toxumasına uyğun ideal şəkildə baş verərsə, gözdə ömür boyu problemsiz qalacaq bir tibbi materialdır. Gözə yerləşdirilmiş bu linzalar əməliyyatdan sonra xaricdən görünmür və gözdə linzanın olması xəstə tərəfindən hiss edilmir.
Fakik Linza müalicəsi zamanı gözə yerləşdirilən bu linza xəstənin istəyinə uyğun olaraq geri çıxarıla bilər ki, bu da pasiyentə müvafiq müalicə üsullarından istifadə etməyə imkan verir.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al