İLASİK; Bıçaqsız Intralase Lazer texnologiyası- fərdiləşdirilmiş wavefront müalicəsinin və gözlərin tanınması sisteminin birləşməsidir. İLASİK tamamilə fərdidir. Hər şey görmə keyfiyyətinin subyektiv nəzərə alınması ilə aparılır.
İLASİK prosedurunun ilk addımı "Şəxsi Wavescan ™ terapiya" texnologiyası da daxil olmaqla, bəzi testlər nəticəsində görmə qabiliyyətinizin xarakterik xüsusiyyətlərini müəyyən etməkdir. Wavescan sistemi görmə qüsurlarınızın üçölçülü xəritəsini yaradır. Daha sonra, fərdi müalicə (Advanced CustomVue) prosesində bu kartın rəqəmsal məlumatları istifadə olunur.
Wavefront
Gözə işıq şüasının göndərilməsi ilə, torlu qişadan əldə olunan görüntünü dəyərləndirərək proqram müəyyən edilir. Bu, xüsusilə gecə görmə problemləri olan və ya qöz bəbəyi böyük olan xəstələr üçün, lazerdən istifadə etdikdən sonra işığın yayılmasının və qaranlığ görmənin qarşısını almağa imkan verən üstün bir üsuldur. Waveafront fərdi analizatorlarınınqiymətləndirilməsindən sonra əməliyyat haqqında qərar qəbul edilir.
iDesign Wavefront
Wavefront texnologiyasının köməyi ilə qısa müddətdə 5 müxtəlif ölçüm aparmaq mümkündür. Avtorefaktometr, keratometr, topoqrafiya, aberrometer və pupilometrin köməyi ilə yerinə yetirilmiş 5 müxtəlif ölçü bir çihazla yerinə yetirilir və alınan məlumatlara əsasən fərdi müalicə təklif olunur. İDesign Wavefront texnologiyası ilə buynuz qişanın detallı analizini aparmaq və işıq sındırma qüsurlarını aşkar etmək olar.
İLASIKMüalicəsinin Mərhələləri
Birinci mərhələdə Wavescan texnologiyası ilə şəxsi görmə profili hazırlanır.
Sonra femtosaniyə ilə bıçaqdan istifadə olmadan buynuz qişanın kəsiyi yerinə yetirilir. Artıq, görmə qüsuru İLASİK proseduru ilə düzəldilə bilər.
Gözə yönəldilmiş işıqdan əks olunan məlumatlar xüsusi kamera tərəfindən aşkar edilir. Bu məlumat lazerə göndərilir və planlaşdırılmış müalicə həyata keçirilir. Fərdiləşdirilmiş müalicə proseduruna (Advanced CustomVue) üstünlük verilməsinin səbəblərindən biri də ondan ibarətdir ki, aberometrin köməyi ilə üçölçülü görmə xəritəsi əldə edilə bilər.
Lazer müalicəsi zamanı cihazın planlaşdırılmışnöqtəyə atış etməsi çox vacibdir.
Bu səbəbdən cihaz və göz arasında rəqəmsal kilidləmə sistemi (eye tracker) olmalıdır.
Wavefrontmüalicəsində ölçülər oturaq vəziyyətdə, əməliyyat isə uzanmış vəziyyətdə aparılır. Bu vəziyyətdə gözdə kiçik bir fırlanma hərəkəti ola bilər.Qüzehli qişa lazer cihazı tərəfindən aşkar edilir və gözün oxu ətrafında hərəkətləriniizləyə bilər.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.