İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

LAZER VƏ GÖZDAXİLİ LİNZA

Hipermetropiya Nədir?

Hipermetropiya (Yaxın görmə) Nədir?

Gözün ön-arxa  diametrinin adi haldan daha qısa olması nəticəsində yaxını aydın görmək mümkün olmur.

Gözün buynuz qişası  adi haldan daha düz və ya daha qısa olduğundan (onun işıq sındırma gücü adi haldan azdır), gözə yaxın olan  obyektlərdən gələn şüalar torlu qişanın arxasındakı virtual nöqtədə fokuslanır. Torlu qişada belə bir şəkil bulanıqdır.

Hipermetropiya Səbəbləri Hansılardır?

Yaşla bağlı ortaya çıxan hipermetropiya həmdə anadangəlmə ola bilər. Hipermetropiya yaşla artır, bu, akomodasiya qabiliyyətinin azalması ilə bağlıdır. Bundan əlavə, genetik amillər hipermetropiya kimi görmə qüsurunun formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Hipermetropiya təsvirin torlu qişanın arxasında fokuslaşması səbəbindən qeyri aydın görmə yaradır. Bunun səbəbi- gözün ön-arxa uzunluğun qısalığı və buynuz qişanın və ya büllurun zəif sındırma qabiliyyətidir. Bundan əlavə, genetik amillər hipermetropiyanın formalaşmasında mühüm rol oynaya bilər.

Hipermetropiya Əlamətləri Hansılardır?

  • Yaxını görməyən insanların oxuyarkən həriflərin və ya sətirlərin qarışması
  • Uzun müddət oxuyan insanlarda göz və baş ağrıları
  • Yazılarda hərfləri iç-içə girmiş kimi görmək
  • Yaxına baxarkən gözlərin tez yorulması
  • Yaxını aydın görməmək

Hipermetropiya Müalicəsi Necə Aparılır?

Miopiya, hipermetropiya və astiqmatizm kimi görmə qüsurların müalicəsinin ən geniş yayılmış üsulu eynəklərdən  istifadəsidir.  Hipermetrop eynyəyin şüşələri - işığın torlu qişaya  fokuslamasını təmin edən və gözün işıq sındırma gücünü artıran incə kənarlı qabarıq linzalardır. Eyni optik xüsusiyyətləri olan kontakt linzaları da sındırma qüsurlarını düzəltmək üçün istifadə edilə bilər.

Müalicə eynəklərin və Kontakt linzaların köməyi ilə, həmçinin lazer və ya gözdaxili linzaların tətbiqi ilə  mümkündür.

Hipermetropiya Dərəcəsi Nədir?

Adətən uşaqlar hipermetrop doğulur. 18 yaşa qədər hipermetropiya tədricən azalır. 18 yaşdan sonra heç bir nəzərəçarpacaq dəyişiklik olmur. Lakin, gənc yaşda eynəksiz uzaq məsafəni aydın şəkildə görə bilən hipermetroplara 40 yaşdan sonra uzaq məsafə üçün eynək tələb oluna bilər.

Eynəklərdən və Linzalardan Başqa Hansı Üsullar Tətbiq Olunur?

Hipermetropiya müalicəsi üçün həkimlər tərəfindən ən çox tövsiyə edilən üsul gözdaxili linzaların tədbiqidir. Bu üsul sayəsində xəstələr eynəyə ehtiyac olmadan həyatlarına  davam edə bilərlər.

Hipermetropiya müalicəsinin daha bir tövsiyə metodu lazer terapiyasıdır. Lazer müalicəsindən sonra dioptriyaların sıfırlanmasına 100% zəmanəti yoxdur, lakin yaxın görmə problemləri səbəbindən, lazer istifadə edən 100-dən təxminən 90 nəfər tamamilə eynək və ya kontakt linzalar olmadan aydın görə bilər.

Eynəklə Müalicə Hipermetropiya Dərəcəsini Azaldır Mi?

Eynək hipermetropiyanın ən ümumi müalicə üsulu kimi tövsiyə olunur. Lakin, eynək və ya kontakt linzalar hipermetropiya dərəcəsini azaltmır. Eynək və ya kontakt linzalardan istifadə olunmazsa  hipermetroplar aydın görməz və göz/baş ağrıları ola bilər.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al