1. Addım: Müayinə
Yuxarıda göstərilən üç mərhələli bir araşdırmadan sonra, bu məlumatlardan istifadə edərək, gözlərin ətraflı müayinəsi aparılır. Müayinə zamanı görmə kəskinliyi, rəqəmsal göstəricilər (dioptriya) və lazımi ölçülər müəyyən edilir. Biomikroskopik müayinə aparılır və nəhayət göz təzyiqi ölçülür.
Yaş, şəkərli diabet, zob, yüksək qan təzyiqi kimi sistem xəstəliklərinin mövcudluğu ətraflı şəkildə araşdırılır. Tələblərə uyğun olaraq, Wavefront və ya Topolazer müayinəsi aparılır.
2. Addım: Analizlər
Topoqrafik müayinə zamanı gözün buynuz təbəqəsinin topoqrafik xəritəsi ətraflı müəyyən edilir. Paximetr cihazından istifadə edərək buynuz qişanın qalınlığı ölçülür. Cərrahi metodun seçimi zamanı buynuz qişanin qalınlığı gözün refraksiya göstəriciləri qədər əhəmiyyətli bir parametr hesab olunur.
3. Addım: Damcılı Göz Müayinəsi
Göz bəbəyini genişləndirən damcılardan istifadə edib və təxminən 30 dəqiqə gözlədikdən sonra gözlərin refraksiyası yenidən müəyyən edilir və göz dibinin (torlu qişanın damarları və torlu qişanın özü) ətraflı müayinəsi aparılır. Torlu qişada nazikləşmə, yırtıq, dəliklər kimi riskli sahələr varsa, bu sahələr arqon lazer üsulu ilə qorunur. Arqon lazerinin istifadəsi eksimer lazer müalicəsinin 3 həftə təxirə salınmasını tələb edə bilər, lakin müalicəyə mane olmur. Daha təhlükəsiz tətbiqi təmin edir.
Təxminən 2-3 saat davam edən bütün bu müayinə və analizlər nəticəsində əldə edilən məlumatlar refraktiv cərrahlar tərəfindən qiymətləndirilir və ən uyğun müalicə üsulu secilir. Lazer müalicəsi eyni gündə həyata keçirilə bilməz, çünki bəbəklər damcılı müayinə səbəbindən genişlənmiş olurlar və normal vəziyyətə qayitması üçün bir müddət gözləmək lazımdır. Əməliyyat tarixi bir gün sonraya təyin edilir.
4. Addım: Əməliyyat Qərarı
Lazer üzrə ixtisaslaşmış həkimlərimiz analizlərin və müayinələrin nəticələrini qiymətləndirdikdən sonra əməliyyatın zəruriliyi və əməliyyat metodikasının seçilməsi barədə qərar qəbul edirlər.
Lazer olunacaq xəstələrin diqqətinə!
Müalicə öncəsi:
Terapiya günündə xəstənin qida qəbuluna qadağa yoxdur.
Xəstə sadəcə;
Müalicə qaydaları
Xəstə lazer otağına daxil olduqda, lazer masasına kürəyi üstə uzanması xahiş olunur. Gözlər steril salfetlə bağlanır, sonra, terapiya prossesi zamanı göz qirpmasının qarşısını almaq üçün göz qapaqları xüsusi cihazla açılır. Lazer müalicəsi hər bir göz üçün təxminən 4-5 dəqiqə davam edir, ağrı hiss olunmur. Pasiyentin bütün müalicə müddətində rahat olması və həkimin göstərişlərinə əməl etməsi çox vacibdir. Müalicə başa çatdıqdan sonra xəstə gözdə sarğı olmadan lazer otağından çıxır.
Müalicədən sonraki ilk 24 saat
Lazer müalicəsi tamamlandıqdan sonra xəstə təxminən yarım saat gözləyir və nəzarət müayinəsinə göndərilir. Nəzarətdən sonra xəstə xəstəxanadan gedə bilər. Birinci gün: bulanıq görmə, 3-4 saat ərzində sancı, gözlərdə yanma və yaşarma norma hesab olunur. Həkimin tövsiyələrinə uyğun olaraq dərman qəbuluna diqqət etməlisiniz. Lazerdən sonra baş ağrısı hiss edsəniz, qan durulaşdırıcı təsiri olmayan ağrı kəsici qəbul edə bilərsiniz. Əməliyyat günündə avtomobil idarə etmək və işə çıxmaq tövsiyə edilmir. Tozlu mühitdə qalmaqdan çəkinin, müalicə edilmiş göz ilk 24 saat ərzində ovulmamalı, qaşınmamalı, toxunmamalı, üz yuyulmamalı və xəstə çimməməlidir. İlk günlərdə sabun və şampunun gözə düşməməsini təmin etmək lazımdır. Əməliyyatdan sonrakı gün sosial və əmək həyatını məhdudlaşdıra biləcək heç bir yan təsir olmayacaqdır. Növbəti gün həkim tərəfindən göz səthinin şəffaf sahəsində qırışlar aşkar edildikdə və ya klapan altında reaksiya yarandıqda, klapan altının yuyulması tələb oluna bilər. Əməliyyatdan sonra həkim tərəfindən tövsiyə edilən süni gözyaşı damcıları təxminən 3-6 ay istifadə edilməlidir.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al