Lazerin məqsədi eynək ilə gördüyünüz qədər eynəksiz görməyinizdir. 0,5 və aşağı rəqəmlər qənaətbəxş hesab olunur. Görmə problemləri irəliləyərkən lazer tətbiq edilərsə, eyenəklərə yenidən tələbat yarana bilər. Yani, dioptriya artmasında ən azı 1 il ərzində irəliləyiş müşahidə edilməməlidir. Lazerdən sonra miopların 95% - i və hipermetropların 70% - i eynək istifadə etmirlər.
Lazer cərrahiyyəsi gələcəkdə göz müalicəsi (katarakta daxil olmaqla) üçün bir maneə deyil.
Lazer əməliyyatların uyğunluğu insanın göz quruluşu və görmə dərəcəsi ilə müəyyən edilir. İlkin müayinələr nəticəsində lazer uyğun olan insanlar gözün quruluşu üçün uyğun olan lazer terapiyası metodları ilə müalicədən keçə bilərlər.
Lazer əməliyyatı təxmini 5-10 dəqiqə ərzində başa çatır.
Lazer müalicəsi gözün damarsız toxuması olan buynuz qişaya tətbiq olunduğundan, bu, qan itkili əməliyyat deyildir. Lazer müalicəsi damcı anesteziyası altında həyata keçirilir.
Buynuz qişada Intralase-LASIK və LASIK ilə klapanın (qapaqcıq) yaradılması zamanı, lazer əməliyyatlarından sonra 6 saat ərzində ağrı, batma, yaşarma müşahidə edilə bilər. Lasek, FRK kimi üsullarda göz səthinin lazerlə soyulmasından sonra 2-3 gün ərzində ağrı ola bilər. Bu ağrının az dərəcədə hiss oluması üçün lazerdən sonra gözə qoruyucu kontakt linzalar tətbiq oluna bilər.
Lazerdən sonra müəyyən bir müddət ərzində göz quruluğu problemləri ola bilər. Bu vəziyyət süni gözyaşı damcıların köməyi ilə nəzarət olunur. Vaxt keçdikcə damcılara ehtiyac qalmır.
Eynəyə ehtiyac duyan eynək istifadə etmək istəməyən hər bir görmə dərəcəli şəxslər, göz quruluşunun uyğun olduğu təqdirdə lazer prosedurundan istifadə edə bilər.
Lazer terapiyası astiqmatizmi, həmçinin miopiya və hipermetropiyanı aradan qaldırmaq üçün həyata keçirilir.
Adətən növbəti gün işə gedə bilərsiniz. Həkiminiz tərəfindən tövsiyə edildiyi kimi, dərmanların müntəzəm istifadəsi əməliyyatın özü kimi vacibdir. Günəş şüaları narahatçılıq yarada biləcəyi üçün gün eynəklərindən istifadə etmək məsləhət görürük. Siz idmanın bütün növləri və ictimai fəaliyyətlərlə, o cümlədən piyada turizmi, velosiped idmanı, aerobika ilə məşğul ola bilərsiniz. Təyyarəyə minə bilərsiniz. Ancaq infeksiyayadan qorunmaq üçün 20 gün ərzində hovuza və ya dənizə girməyin. İstəsəniz, ilk aydan sonra kosmetik məqsədlər üçün rəngli linzaların istifadəsinə başlaya bilərsiniz.
Lazer terapiyası zamanı məqsəd göz dərəcəsini + / - 0,50 səviyyəsinə çatdırmaqdır. Əgər birinci əməliyyatdan ən azı 6 ay sonra aparılan yoxlama yuxarı dərəcənin mövcudluğunu aşkar edərsə, bütün müayinələr və analizlər təkrarlanacaq.
Buynuz qişa qalınlığı və refraksiya dərəcəsi ikinci lazer əməliyyatı üçün tətbiq olunmaq üçün uyğun olub-olmadığını, Paximeter, Orbskan və Tolazer ilə qiymətləndirirlər. Lazım olduqda; birinci əməliyyat haqqında məlumatı nəzərə alaraq, ikinci lazer əməliyyatı köhnə klapanın təkrar kəsilmədən aradan qaldırılması yolu ilə həyata keçirilə bilər. Bu şəkildə müalicənin təkrarlanması ilə bağlı heç bir problem yoxdur.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al